AZ

Bütün diqqətlər Londona yönələcək

Bu il “Qızıl top”un mükafatlandırma mərasiminin tarixi və məkanı açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, “France Football” jurnalı və UEFA-nın birgə təşkil edəcəyi nüfuzlu tədbir oktyabrın 26-a təyin olunub. Mərasim 70 il əvvəl, 1956-cı ildə ilk “Qızıl top”u qazanan ingiltərəli futbolçu Stenli Metyuza hörmət əlaməti olaraq Londonda təşkil ediləcək.

Yeri gəlmişkən, 2025-ci ildə mükafata PSJ-nin və Fransa yığmasının hücumçusu Usman Dembele layiq görülüb.

Seçilən
10
5
football-plus.az

5Mənbələr