AZ

Bütün həmkarlarını arxada qoydu

İngiltərə premyer-liqasında aprel ayının ən yaxşı məşqçisi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, bu ada “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola layiq görülüb. Onun komandası keçən ay çempionatda 3 oyun keçirib və hamısında qalib gəlib.

MS hazırda İngiltərə çempionatının turnir cədvəlində 34 oyuna 71 xalla 2-ci yerdədi. Lider “Arsenal” ilə xal fərqi 5-ə bərabərdi, lakin Qvardiolanın komandasının ehtiyatda bir oyunu var.

Seçilən
113
5
football-plus.az

5Mənbələr