AZ

Merz Berlində Macarıstanın yeni baş naziri ilə Ukraynanı müzakirə edəcək

ain.az bildirir, Bizimyol portalına istinadən.

Almaniya kansleri Fridrix Merz iyunun 2-də Berlində Macarıstanın yeni baş naziri Peter Madyar ilə danışıqlar aparacaq. Görüş zamanı Ukrayna məsələsi də daxil olmaqla bir sıra mövzular müzakirə olunacaq.

Bizimyol.info xəbər verir ki, bu barədə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius brifinqdə məlumat verib.

Görüş yerli vaxtla saat 12:00-da (14:00) başlayacaq. Korneliusun sözlərinə görə, danışıqlarda Ukraynaya dəstək, həmçinin Avro-Atlantik təhlükəsizlik məsələləri də gündəmdə olacaq.

Tərəflərin görüşündən sonra birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
18
15
bizimyol.info

10Mənbələr