AZ

Avropa özü müəyyən edəcək, vasitəçi kim olacaq Merz

ain.az, Bizimyol portalına istinadən məlumat yayır.

Almaniya Kansleri Fridrix Merz bildirib ki, Avropa Ukraynada münaqişənin sona çatmasına dəstək verməyə hazırdır, lakin mümkün danışıqlarda vasitəçi rolunu özü müəyyən edəcək.

Bizimyol.info xəbər verir ki, Merz bu barədə Axen şəhərində Böyük Karl adına Beynəlxalq Mükafatı təqdimetmə mərasimində çıxışında deyib.

"Biz bu dəhşətli müharibəni mümkün qədər tez başa çatdırmağa kömək etmək istəyirik. Dialoqa hazır olmaq tərəflərdən qarşılıqlı istək tələb edir. Və nəhayət, amma ən vacibi: Avropalılar olaraq kim bizim adımızdan danışacaqsa, onu biz müəyyən edirik, heç kim xüsusi imtiyazlı deyil", - deyə qeyd edib.

Qeyd edək ki, əvvəlcə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas keçmiş Almaniya kansleri Gerhard Şröderin Rusiya ilə danışıqlarda vasitəçi kimi iştirakını istisna etmişdi. Eyni zamanda, may ayının sonunda Aİ ölkələrinin xarici işlər nazirləri Rusiya ilə mümkün danışıqları müzakirə edəcəklər.

9 mayda Rusiya Prezidenti Vladimir Putin jurnalistlərin suallarını cavablandırarkən Şröderin namizədliyinin Avropa ilə Rusiya arasında mümkün danışıqlar üçün üstünlük təşkil etdiyini bildirmişdi. O əlavə edib ki, Rusiya tərəfi heç vaxt danışıqlara qapalı olmayıb.

Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
15
bizimyol.info

10Mənbələr