Şuşanın Böyük Qaladərəsi kəndinin sakini Nurəddin Cabbarov 32 yaşında kənddən köçkün düşdüyünü, oğlunun 34 yaşında geri döndüyünü bildirib.
Ölkə.az "Report"a istinadən xəbər verir ki, o, açıqlamasında övladının toyunu doğma kənddə edəcəyinə görə çox sevindiyini deyib.
N.Cabbarov bundan sonra kənddə rahat yaşayacaqlarını vurğulayıb:
"Böyük Qaladərəsindən 32 yaşım olanda üç ailə üzvümlə çıxmışdım. İndi geri döndük, oğlumun artıq 34 yaşı var. Oğlum nişanlıdır, toyunu burada edəcəyimizə görə çox sevincliyəm. Məcburi köçkünlük dövründə Beyləqan, Xızı, Ağcabədi, İsmayıllı rayonlarında, daha sonra Bakının müxtəlif ərazilərində yaşadıq. Nəhayət kəndimiz azad edildi və buraya qayıtdıq. İnşallah, bundan sonra yurdumuzda rahat yaşayacağıq".