AZ

Böyük Qaladərəsi sakini: 32 yaşımda köçkün düşdüm, oğlumun 34 yaşında geri döndük

Şuşanın Böyük Qaladərəsi kəndinin sakini Nurəddin Cabbarov 32 yaşında kənddən köçkün düşdüyünü, oğlunun 34 yaşında geri döndüyünü bildirib.

O,  övladının toyunu doğma kənddə edəcəyinə görə çox sevindiyini deyib.

N.Cabbarov bundan sonra kənddə rahat yaşayacaqlarını vurğulayıb:

"Böyük Qaladərəsindən 32 yaşım olanda üç ailə üzvümlə çıxmışdım. İndi geri döndüyümüzdə oğlumun artıq 34 yaşı var. Oğlum nişanlıdır, toyunu burada edəcəyimizə görə çox sevincliyəm. Məcburi köçkünlük dövründə Beyləqan, Xızı, Beyləqan, Ağcabədi, İsmayıllı rayonlarında, daha sonra Bakının müxtəlif ərazilərində yaşadıq. Nəhayət, kəndimiz azad edildi və buraya qayıtdıq. İnşallah, bundan sonra yurdumuzda rahat yaşayacağıq".(Report)

Demokrat.az

Seçilən
6
20
demokrat.az

10Mənbələr