Axalkalaki dəmir yolu stansiyasında keçiriləcək mərasimdə Gürcüstan, Azərbaycan və Türkiyədən rəsmi şəxslərin iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildən etibarən test rejimində fəaliyyət göstərsə də, layihənin rəsmi istifadəyə verilməsi yalnız indi baş tutacaq. Magistralın ümumi uzunluğu 827 kilometr təşkil edir ki, bunun da 213 kilometri Gürcüstan ərazisindən keçir. Layihənin Gürcüstan hissəsinin tikintisi Azərbaycan tərəfindən ayrılmış 775 milyon dollar kredit hesabına maliyyələşdirilib. Kreditin layihədən əldə olunacaq gəlirlər hesabına qaytarılması planlaşdırılır.
“Azərbaycan Dəmir Yolları” QSC-dən (ADY) bildirilib ki, 2023-cü ilin may ayından 2024-cü ilin may ayınadək Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi üzrə işlər həyata keçirilib və layihə uğurla yekunlaşdırılıb. Aparılan yenidənqurma işləri nəticəsində BTQ xəttinin illik yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb.(Azərtac)
Demokrat.az
10Mənbələr
-
demokrat.azBakı-Tbilisi-Qars dəmir yolununun rəsmi açılışı olacaq ( 29044102)
-
baki-xeber.comBakı-Tiflis-Qars sayəsində Avropa və Asiyanın iqtisadi bağları güclənir ( 29043718)
-
demokrat.azBakıdan Türkiyəyə birbaşa qatar reysi açılır ( 29041357)
-
demokrat.azBakı Tbilisi Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq ( 29041330)
-
demokrat.azBakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq ( 29041273)
-
yeniazerbaycan.comBakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq ( 29027497)
-
musavat.comBakı-Tiflis-Qars dəmir yolunun rəsmi açılış vaxtı açıqlandı ( 29022319)
-
sonxeber.azBTQ dəmir yolunun rəsmi açılışı olacaq ( 29019790)
-
senzor.azBakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçiriləcək ( 29019223)
-
azerbaijan-news.azBakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı baş tutacaq ( 29019166)