AZ

KİV: ABŞ və İran razılığa GƏLDİ – Uran ehtiyatları bu ölkəyə veriləcək

Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı bir çox mühüm məsələdə razılığa gəliblər.

Bizim.Media xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, İran nüvə obyektlərinin sökülməsinin qarşısını almaq məqsədilə həmin müəssisələr üzərində beynəlxalq nəzarətin qurulmasına da razılıq verib.

Bundan başqa, Tehran zənginləşdirilmiş uran ehtiyatını Çinə təhvil vermək istəyir. Lakin bu addım rəsmi Pekinin həmin materialları sonradan ABŞ-a ötürməyəcəyinə dair öhdəlik götürməsi şərti ilə atıla bilər.

Bizim.Media

Seçilən
32
50
bizim.media

10Mənbələr