AZ

Tramp: ABŞ a İran nefti və Hörmüz boğazı lazım deyil

ain.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Trump Ağ Evdə Nazirlər Kabinetinin iclası zamanı İranla aparılan nüvə danışıqları və Yaxın Şərqdə gərgin vəziyyətlə bağlı açıqlamalar verib.

Bizimyol.info xəbər verir ki, Trampın sözlərinə görə, ABŞ enerji resursları baxımından İran neftindən tam asılı deyil və regionun əsas dəniz marşrutlarına nəzarətə də maraqlı deyil.

“Bizə onların nefti lazım deyil, bizə onların boğazı lazım deyil, bizə onlardan heç nə lazım deyil”, – deyə ABŞ prezidenti vurğulayıb.

Onun sözlərinə görə, bu bəyanatlar Tehran üzərində davam edən diplomatik və iqtisadi təzyiqlər fonunda səslənir.

ABŞ lideri Hörmüz boğazı ilə bağlı vəziyyətə toxunaraq Omanın mümkün roluna da sərt xəbərdarlıq edib. Tramp bildirib ki, əgər Oman İranla koordinasiyada beynəlxalq gəmiçiliyə nəzarət etməyə cəhd göstərsə, ABŞ hərbi güc tətbiq edə bilər.

O, bu su yolu üzərində nəzarətin heç bir dövlətə məxsus ola bilməyəcəyini vurğulayaraq: “Bu beynəlxalq sulardır. Oman digər ölkələr kimi davranmalıdır, əks halda biz buna lazımi tədbir verəcəyik”, - deyə qeyd edib.

Tramp İranın nüvə proqramı və ölkədə toplanmış zənginləşdirilmiş uranın taleyi ilə bağlı suala cavabında isə Rusiyanın və ya Çinin həmin materialları götürməsi ehtimalını qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, belə bir ssenari ABŞ üçün ciddi narahatlıq doğurur və qəbul edilə bilməz.

Eyni zamanda ABŞ prezidenti İranın nüvə materiallarından imtina etməsi müqabilində sanksiyaların yumşaldılması ehtimalını da istisna edib. O qeyd edib ki, Tehran heç bir maliyyə və ya iqtisadi güzəşt tələb etmədən razılığa gəlməlidir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
icma.az

1Mənbələr