AZ

Azərbaycanın Dəməşqdəki səfirliyi 1000 ailəyə qurban payı verib

Azərbaycan Respublikasının Dəməşqdəki səfirliyi Xarici İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) dəstəyi, həmçinin Baniyasdakı “Əl-Birr” Cəmiyyəti və Homsdakı “Xalid ibn Vəlid” Cəmiyyəti ilə əməkdaşlıq çərçivəsində “Azərbaycan xalqından səmimi təbriklər: Qardaş Suriya xalqının bayramı mübarək olsun” şüarı altında humanitar kampaniyaya start verib.

Səfirlikdən APA-ya verilən məlumata görə, kampaniya çərçivəsində son iki gün ərzində (27-28 may tarixlərində) Baniyas və Homs şəhərlərində ümumilikdə 1000 ailəyə qurban payları paylanılıb.

Azərbaycanın Suriyadakı müvəqqəti işlər vəkili Elnur Şahhüseynov hər iki şəhərin sakinləri qarşısında çıxışı zamanı Suriya Ərəb Respublikasının İctimai Sülhün Qorunması üzrə Ali Komitəsinin üzvü və Ali Fətva Şurasının üzvü olan şeyx Ənəs Ayruta bu nəcib humanitar aksiyanın təşkilində göstərdiyi səylərə görə dərin təşəkkür və minnətdarlığını bildirib.

O, həmçinin Qurban bayramının Azərbaycan xalqının 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinin elan edilməsinin 108-ci ildönümünü qeyd etməyə hazırlaşdığı günlərə təsadüf etməsindən məmnunluğunu ifadə edib.

Azərbaycan Respublikası ilə Suriya Ərəb Respublikası arasında mövcud ikitərəfli münasibətlərdən danışan müvəqqəti işlər vəkili vurğulayıb ki, Azərbaycan Suriyada yeni siyasi sistemi tanıyan ilk ölkələr sırasında yer alıb. Belə ki, yeni reallığın formalaşmasından cəmi üç həftə sonra Azərbaycan Dəməşqə siyasi nümayəndə heyəti göndərib və paralel şəkildə Suriya xalqına humanitar yardımlar göstərib. Hazırda isə Azərbaycan-Suriya münasibətləri 2012-ci ildən bəri davam edən fasilədən sonra yüksək dostluq və əməkdaşlıq səviyyəsinə çatıb.

Elnur Şahhüseynov bildirib ki, bu xeyriyyə təşəbbüsü eyni zamanda Azərbaycan xalqının milli və mənəvi ənənələrinin təzahürüdür və Azərbaycan Respublikasında, xüsusilə də Qurban bayramı günlərində xeyriyyəçilik mədəniyyətinin dərin köklərə malik olduğunu nümayiş etdirir. Bu günlərdə qurbanlar kəsilir, onların əti ehtiyacı olan ailələrə, həssas qruplara və ağır sosial şəraitdə yaşayan insanlara paylanılır.

O qeyd edib ki, bu gün həmin mədəniyyət yeni Suriyada qardaşlığın, hörmətin və Suriya xalqına olan səmimi həmrəyliyin simvolu kimi özünü göstərir.

Sonda o vurğulayıb ki, Azərbaycan hər zaman humanizmə, sülhə və dövlətlər arasında əməkdaşlığa dəstək verib. O, bu kimi təşəbbüslərin xalqlar arasında etimad, dostluq və həmrəylik əsaslarını daha da möhkəmləndirdiyinə inandığını bildirib, dost və qardaş Suriya xalqına davamlı sülh, sabitlik, firavanlıq və bərəkət arzulayıb.

Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın Azərbaycanın
Seçilən
9
50
apa.az

10Mənbələr