525.az saytına istinadən ain.az xəbər verir.
Qurban bayramı birlik, mərhəmət və paylaşma kimi ali dəyərləri özündə birləşdirən müqəddəs bayramlarımızdan biridir. Bu əlamətdar günlərdə ehtiyacı olan insanlara yardım göstərmək, xüsusilə Vətən uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə və sağlamlığını itirmiş qazilərimizə diqqət və qayğı göstərmək böyük savab və mənəvi borc hesab olunur. Bu nəcib ənənəni yaşatmaq, Qurban bayramı günlərində şəhid ailələri və qazilər üçün bayram sovqatlarının hazırlanaraq paylanılması təşəbbüsünü “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai öz üzərinə götürüb. İctimai birlik tərəfindən həyata keçiriləcən aksiyanın əsas məqsədi qəhrəman ailələrinin bayram sevincinə şərik olmaq, onlara mənəvi dəstək göstərmək və cəmiyyətin diqqətini həmrəylik dəyərlərinə yönəltməkdir.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Qurban bayramı münasibətilə keçirilən aksıyada çoxlu sayda müqəddəs şəhid doğmaları və qəhrəman qazilərimiz ziyarət olunub. Əsl haqq sahiblərinə bayram sovqatı təqdim edilib.
“Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli bildirib ki, Qurban bayramı rəhmət,şəfqət, vəhdət və yardımlaşma kimi ülvi dəyərlərə dayanan bayamdır:
"Şəhid ailələrinə, qəhrəman qazilərimizə dövlətimiz, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən hər zaman öz qayğı və köməklik göstərilir. Xüsusi olaraq milli və dini bayamlarda hər kəs tərəfindən onların ziyarət olunması imana bağlı məsələdir. Vətənimiz uğurunda öz şirin canlarını fəda edən aslanlarımız qiyamətə qədər xalqımızın yaddaşından silinməyəcək.”
Qurban bayramı aksıyası zamanı “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Əzimbəyli ilə birgə “İnam” verlişinin müəllif və aparıcısı, şərqşünas Seyid Camal Əzimbəyli də iştirak edib.
Qurban bayramı münasibətilə həyata keçirilən xeyriyyə aksiyası şəhid ailələri və qazilər tərəfindən böyük minnətdarlıq və sevinclə qarşılanıb. Bayram günlərində onlara göstərilən diqqət və qayğı ailələrə mənəvi dəstək olmaqla yanaşı, cəmiyyətin həmrəylik və birlik ruhunu da bir daha nümayiş etdirib.
Şəhid ailələri göstərilən diqqətə görə təşəkkür edərək bildiriblər ki, belə təşəbbüslər onların tək olmadığını hiss etdirir. Onların sözlərinə görə, bayram günlərində göstərilən mənəvi dəstək xüsusilə böyük əhəmiyyət daşıyır və cəmiyyətin şəhid ailələrinə olan hörmətinin göstəricisidir.
Aksiya zamanı sovqat verilən qazilər onlara göstərilən qayğıya görə minnətdarlıqlarını ifadə edərək bu cür layihələrin sosial həmrəyliyin möhkəmlənməsində mühüm rol oynadığını vurğulayıblar.
Qeyd olunub ki, Qurban bayramı paylaşmaq, yardımlaşmaq və ehtiyacı olan insanlara dəstək olmaq kimi ali dəyərləri təbliğ edir. Bu baxımdan şəhid ailələri və qazilərə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi tərəfindən göstərilən diqqət həm milli-mənəvi, həm də humanist baxımdan xüsusi önəm daşıyır.
Qeyd edək ki, “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai birliyinin qurban aksıyası bu gündə də davam edib. Aksiya yüzdən artıq insanı əhatə edib.
Xatırladaq ki, Azərbaycanda milli-mənəvi dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərən “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi ən fəal təşkilatlardan biridir. Birliyə hüquqşünas Sevinc Əzimbəyli rəhbərlik edir. Təşkilat əsasən gənclər arasında vətənpərvərlik, mənəvi irs, xeyriyyəçilik və dini-mədəni dəyərlərin təbliği ilə bağlı çox sayda uğurlu layihələr həyata keçirir. “Yeni Üfüq” İctimai birliyinin ən əsas istiqamətlərinin biri isə dövlət və din münasibətlərinin möhkəmlənməsi uğurunda səmərəli fəaliyyətin olmasıdır.
İctimai birlik uzun illərdir ki, milli-mənəvi irsin təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, şəhid ailələri və qazilərə dəstək, eləcə də xeyriyyə aksiyalarının təşkili istiqamətində ardıcıl fəaliyyət göstərir. Təşkilatın əsas məqsədi Azərbaycan xalqının zəngin mənəvi dəyərlərini yaşatmaq, cəmiyyətdə birlik və həmrəylik hissini gücləndirməkdir.
Birlik tərəfindən mütəmadi olaraq müxtəlif xeyriyyə aksiyaları həyata keçirilir. Bayram günlərində aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə sovqatların çatdırılması, ehtiyac sahibi insanlara yardım göstərilməsi təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən biridir. Xüsusilə Qurban və Ramazan bayramlarında keçirilən aksiyalar cəmiyyətdə böyük rəğbətlə qarşılanır.
Birlik tərəfindən həyata keçirilən mühüm təşəbbüslərdən biri də zabit və əsgərlərin ziyarət olunmasıdır. Əsgərlərlə keçirilən görüşlərdə vətənpərvərlik mövzusunda söhbətlər aparılır, Azərbaycan ordusunun qazandığı zəfərlərin əhəmiyyətindən danışılır. Təşkilat nümayəndələri bildirirlər ki, Vətənin keşiyində dayanan əsgərlərə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur. Bu cür təşəbbüslər hərbçilərin mənəvi ruh yüksəkliyinin artırılmasına da müsbət təsir göstərir.
Bundan əlavə, İctimai Birlik müxtəlif maarifləndirici tədbirlər, konfranslar və görüşlər təşkil edərək gənclər arasında milli-mənəvi dəyərlərin təbliğini həyata keçirir. Tədbirlərdə ailə dəyərləri, vətən sevgisi, milli kimliyin qorunması və Azərbaycançılıq ideologiyası ilə bağlı müzakirələr aparılır.
Cəmiyyətin müxtəlif təbəqələrini əhatə edən sosial layihələr Birliyin fəaliyyətinin humanist və vətənpərvər mahiyyətini ortaya qoyur. Təşkilatın həyata keçirdiyi aksiyalar həm insanlarda xeyirxahlıq hissini gücləndirir, həm də milli birlik və həmrəylik ənənələrinin qorunmasına töhfə verir.
Bu gün Azərbaycan cəmiyyətində milli-mənəvi dəyərlərin yaşadılması və gənc nəslə ötürülməsi mühüm məsələlərdən biridir. Belə bir dövrdə “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyinin fəaliyyəti xüsusi önəm daşıyır və cəmiyyət tərəfindən rəğbətlə qarşılanır.
Təşkilatın rəhbəri ölkədə tanınan və sevilən, xeyirxah, maarifpərvər, fədakar ziyalı xanım Sevinc Əzimbəyli uzun illərdir ki, milli və mənəvi dəyərlərin təbliğ olunması və qorunması yolunda yorulmadan şərəflə mücadilə edir.
Rəhbərlik etdiyi təşkilatın yüzlərlə vətənpərvər üzvü olan gənclər cəmiyyətdə faydalı və səmərəli işlərlə ilə tanınırlar. Onun dövlət və din münasibətlərinin möhkəmləməsində misilsiz xidmətləri var. S.Əzimbəyli tək ölkə daxilində deyil, ölkədən kənarda da xeyirxah işlərə imza atıb.
Belə ki, onun təşəbbüsü ilə Tanzaniyada su quyusu qazılaraq minlərlə susuzluqdan əziyyət çəkən insanlara ərmağan edilib.
S.Əzimbəyli həmçinin “Space” telekanalında yayımlanan "İnam" verlişinin redaktoru kimi də uğurlu fəaliyyət göstərir.



Sevinc Qarayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.