AZ

Sabir Rüstəmxanlı “Hakim Abay” və “Gültəkin” medalları ilə təltif olundu FOTO

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə türk dünyasının tanınmış ədibləri və nüfuzlu ədəbi təşkilatlarından çoxsaylı təbrik məktubları daxil olmaqdadır.

Bu barədə Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi, TÜRKSOY Yazarlar Birliyinin vitse-prezidenti Səlim Babullaoğlu Bakupost.az-a açıqlamasında deyib:

“Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi ilə bağlı Azərbaycan Yazıçılar Birliyinin və TÜRKSOY Yazarlar Birliyinin poçtuna bir xeyli görkəmli ədiblərdən və nüfuzlu təşkilatlardan təbrik məktubları daxil olub. İlk təbrik məktubunun Qazaxıstan Yazıçılar Birliyinin sədri Mereke Kulkenov göndərib.

Daha sonra Özbəkistan Yazıçılar İttifaqının sədri Siracəddin Səyyid, Qırğızıstan Yazıçılar Birliyinin rəhbəri Kanıbbek İmanəliyev və Tatarıstan Yazıçılar Birlyinin sədri Rkail Zeydullanın təbrik məktubları daxil olub.

Eyni zamanda, Raisa Sabri, Udmurtiyanın Xalq şairi Vyaçeslav Ar-Sergi, Moskvadan “Xudojestvennaya literatura” nəşriyyatının rəhbəri Qeorgi Pryaxin də təbrik məktubları göndəriblər.

Türk Xalqları Ümumdünya Assosiasiyasının prezidenti Yermentay Sultanmurad həm təbrik məktubu göndərib, həm bildirib ki, Assosiasiyanın İdarə heyətinin qərarı ilə ilə Sabir müəllim I dərəcəli “Gültəkin” Qızıl Medalı ilə təltif edilib.

Daha bir təbrik və xoş xəbər isə TÜRKSOY Yazarlar Birliyinin prezidenti, Beynəlxalq Abay Poeziya Akademiyasının rəhbəri Uluqbəy Esdövlətdən gəlib. O məktubda bütün türk dünyası ədəbi ictimaiyyəti adından Sabir Rüstəmxanlını təbrik edib, həm yubilyarın “Hakim Abay” medalı ilə təltif olunduğunu bildirib.

Bütün məktublar Sabir müəllimin ünvanına xoş, isti, dərin məzmunlu sözlərlə doludur. Və bütün bunlar hörmətli Sabir müəllimin həm görkəmli şair, həm də görkəmli ictimai-siyasi xadim kimi təkcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün qiymətli bir şəxsiyyət olduğunu təsdiq edir...”

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
20
www.bakupost.az

10Mənbələr