AZ

Sabir Rüstəmxanlının 80 illik yubileyi keçirildi - VİDEO - FOTOLAR

Mayın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli ictimai-siyasi xadim, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının 80 illik yubileyi münasibətilə möhtəşəm ədəbi-bədii gecə keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, yubiley tədbirindən əvvəl Azərbaycan Milli Kitabxanası tərəfindən teatrın foyesində geniş kitab sərgisi təşkil olunub. Sərgidə Sabir Rüstəmxanlının yaradıcılıq arsenalına aid olan qiymətli əsərlərinin toplusu, müxtəlif illərdə nəşr edilmiş bütün kitabları nümayiş etdirilib. Eyni zamanda yubilyar haqqında son günlərdə çap olunan dörd yeni kitabın təqdimatı keçirilib. Kitab sərgisi ilə tanış olan mədəniyyət naziri Adil Kərimli nəşrləri Sabir Rüstəmxanlıya təqdim edib.

Yubiley gecəsində Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev, Baş nazirin müavini Samir Şərifov, mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Təhlükəsizlik Şurası katibinin müavini Mədət Quliyev, millət vəkilləri, alimlər, yazıçılar, ictimai xadimlər, mədəniyyət nümayəndələri, media mənsubları, Xalq şairinin oxucuları iştirak ediblər. Gecə Sabir Rüstəmxanlının həyat və yaradıcılığını əks etdirən videoçarxın nümayişi ilə başlayıb.

"Cebheinfo.az"

Seçilən
33
cebheinfo.az

1Mənbələr