ain.az, Gununsesi portalına istinadən məlumat verir.
ABŞ Prezidenti Donald Trump Vaşinqtonun Tehrana birbaşa maliyyə yardımı kimi qiymətləndirilə biləcək hər hansı sazişi imzalamayacağını köməkçilərinə bildirib.
Gununsesi.info bildirir ki, bu barədə The New York Times məlumat yayıb.
Nəşrin yazdığına görə, məhz bu məsələ Vaşinqton və Tehran arasında mümkün razılaşmanın müzakirəsi zamanı əsas siyasi maneələrdən birinə çevrilib.
Məlumata əsasən, Trampın komandası ABŞ tərəfindən birbaşa pul ayrılmasından yayınmağa imkan verəcək başqa maliyyələşdirmə yolları üzərində işləyir.
Nəzərdən keçirilən seçimlər arasında İrana vəsait ayrılması prosesinə üçüncü ölkələrin, o cümlədən Qatarın cəlb edilməsi də var.
Bildirilir ki, belə yanaşma Tramp idarəsinə Tehranla danışıq prosesini davam etdirməyə imkan verə, eyni zamanda respublikaçılar və İsrailyönlü dairələrin İran hökumətinin birbaşa maliyyələşdirilməsi ilə bağlı tənqidlərindən yayınmağa kömək edə bilər.
Şəbnəm
Gununsesi.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.