AZ

Media: ABŞ və İran arasındakı potensial razılaşma zənginləşdirilmiş uran problemini həll edə bilməyib

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 24 may, AZƏRTAC

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp tərəfindən müzakirə olunmuş İranla potensial razılaşma layihəsi hələ də rəsmi Tehranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından necə imtina edə biləcəyi ilə bağlı əsas məsələni həll etməyib.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

Nəşrin xəbərinə görə, müzakirə olunan razılaşmanın əsas elementlərindən biri İranın yüksək zənginləşdirilmiş uran ehtiyatlarından imtina etməsi ilə bağlıdır. Lakin razılaşma layihəsi bunun necə baş verəcəyinə dair məsələni həll etmir.

Qəzetdə yazılıb ki, detalların İranın nüvə proqramı ilə bağlı növbəti danışıqlar mərhələsində müzakirəyə çıxarılacağı gözlənilir.

Xatırladaq ki, ABŞ-nin Prezidenti Donald Tramp İranla sülhə dair sazişin son aspektlərinin və təfərrüatlarının müzakirə edildiyini və tezliklə açıqlanacağını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
38
9
azertag.az

10Mənbələr