AZ

PUA hücumundan sonra GƏRGİNLİK ARTIR – Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı

Rumıniya Xarici İşlər Nazirliyi Qalaç şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsindən sonra Rusiyanın Rumıniyadakı səfirini nazirliyə çağırıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rumıniyanın XİN başçısı Oana-Silvia Tsoyu "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Biz Rusiya səfirini Xarici İşlər Nazirliyinin qərargahına çağırdıq. Qərar son dərəcə ciddi insidentlə əlaqədar qəbul edilib. Biz ölkələrimiz arasındakı diplomatik münasibətlərə Rusiyanın bu məsuliyyətsizliyinin nəticələri, həmçinin sanksiya paketləri ilə bağlı Avropa səviyyəsində addımlar barədə rəsmi məlumat verəcəyik", - o yazıb.

Onun sözlərinə görə, Milli Müdafiə Nazirliyi Qalats şəhərində yaşayış binasına düşən pilotsuz uçuş aparatının Rusiya mənşəli olduğunu təsdiqləyib:

"Rumıniya Prezident Nikuşor Dan bu gün səhər Ali Milli Müdafiə Şurasının iclasını çağırıb".

Xatırladaq ki, mayın 28-dən 29-na keçən gecə Rumıniyanın Qalaç şəhərində Rusiyaya məxsus pilotsuz uçuş aparatı çoxmənzilli yaşayış binasının damına çırpılıb. Nəticədə 2 nəfər xəsarət alıb, bina sakinləri təxliyə edilib.

Bizim.Media

Seçilən
24
42
bizim.media

10Mənbələr