AZ

Rusiya səfiri Rumıniya XİN-ə çağırıldı

Rumıniya Xarici İşlər Nazirliyi Qalaç şəhərində yaşayış binasına pilotsuz uçuş aparatının düşməsindən sonra Rusiyanın Rumıniyadakı səfirini nazirliyə çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Oana-Silvia Toiu məlumat yayıb.

Onun sözlərinə görə, Rumıniya Müdafiə Nazirliyinin əlində pilotsuz uçuş aparatının Rusiyaya məxsus olduğunu göstərən sübutlar var.

Qeyd edək ki, Rusiya tərəfi hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Seçilən
27
45
unikal.az

10Mənbələr