AZ

Babiş və Koşta Rusiya PUA sının Rumıniyada yaşayış evinə düşməsini pisləyiblər

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Avropa İttifaqı (Aİ) Şurasının sədri Antonio Koşta Rusiya dronunun Rumıniya ərazisinə düşməsini pisləyib.

"Report"un məlumatına görə, A.Koşta bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Rumıniyanın milli hava məkanının və beynəlxalq hüququn bu pozulmasını qətiyyətlə pisləyirəm. Aİ sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılmasında və müdafiə imkanlarının, xüsusilə şərq sərhədimiz boyunca gücləndirilməsində vahid mövqedən çıxış edir", - o yazıb.

Çexiyanın Baş naziri Andrey Babiş də hadisə ilə bağlı narazılığını ifadə edib.

O qeyd edib ki, Çexiya NATO müttəfiqlərini qətiyyətlə dəstəkləyir və Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzünü pisləyir:

"Mən Ukrayna infrastrukturuna qarşı Rusiya hücumlarını qətiyyətlə pisləyirəm, bu hücumlar nəticəsində pilotsuz uçuş aparatlarından (PUA) biri Rumıniya ərazisindəki yaşayış evinə düşüb və iki nəfəri yaralayıb".

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
56
29
cebheinfo.az

10Mənbələr