ain.az, Redaktor.az portalına istinadən məlumat yayır.
Avstraliyanın Sidney şəhərində işıq şousu zamanı təxminən 90 pilotsuz uçuş aparatı (PUA) gözlənilmədən dənizə düşüb.
Redaktor.az xəbər verir ki, bu barədə Avstraliyanın "News" portalı məlumat yayıb.
Məlumata görə, tamaşaçılar yüzlərlə işıqlı dronun sinxron uçuşunu izləyən zaman qurğuların bir hissəsi qəflətən sıradan ayrılıb suya düşməyə başlayıb.
Hadisə axşam saatlarında baş verib, bundan sonra şou dərhal ləğv edilib.
Yaxın günlərə planlaşdırılmış bütün sonrakı çıxışlar avadanlığın yoxlanılması üçün dayandırılıb.
Şounun texniki hissəsinə cavabdeh olan "SkyMagic" şirkəti hadisəni uçuşdan dərhal sonra baş vermiş gözlənilməz radiodalğa nasazlığı ilə əlaqələndirib.
Mövqe dəqiqliyinin itirilməsi səbəbindən dronların bir hissəsi avtomatik olaraq qəza enişi rejiminə keçib.
Festivalın təşkilatçıları tamaşaçılardan üzr istəyiblər və hadisə nəticəsində heç kimin zərər görmədiyini vurğulayıblar.
Hazırda mütəxəssislər dövlət qurumlarıyla birgə hadisə ilə bağlı araşdırma aparırlar.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.