AZ

Ulduz futbolçu üçün 75 milyonluq transfer yarışı başladı

Fanat saytına istinadən ain.az xəbər verir.

İngiltərə nəhənglərindən olan "Mançester Siti"nin müdafiəçisi Yoşko Qvardiol yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Fanat.Az "CaughtOffside" portalına istinadən xəbər verir ki, ulduz futbolçu bu yay "şəhərlilər"dən ayrılmaq üçün rəhbərliyə təzyiq göstərir və karyerasını "Bayern Münhen"də davam etdirmək istəyir.

Avropanın digər top-klubları da gənc müdafiəçinin vəziyyətini yaxından izləyir. "Barselona", "Real Madrid" və Milan "İnter"i də xorvatiyalı ulduz uğrunda mübarizəyə qoşulublar.

"Mançester Siti" rəhbərliyi isə Yoşkonun satışına razılıq verəcəyi təqdirdə, onun elçilərindən təxminən 75 milyon avro tələb edəcək.

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
40
34
fanat.az

10Mənbələr