AZ

Transfer etmək istəyən 84 milyon avro ÖDƏMƏLİDİR

ain.az, Milli.az portalına istinadən məlumat yayır.

İngiltərənin "Mançester Siti" klubu futbolçusu Rodrini 84 milyon avroya satmağa hazırdır.

Milli.Az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

İspaniya təmsilçisi "Real" 29 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq istəyir.

"Kral klubu" qarşı tərəfin tələb etdiyi məbləği çox hesab edir. "Real" ispaniyalı oyunçu üçün 60 milyon avro təklif etmək niyyətindədir.

Xatırladaq ki, 2019-cu ildən "Mançester Siti"də çıxış edən Rodri cari mövsüm 33 oyunda 2 qolla yadda qalıb. O, 2024-cü ildə "Qızıl top" mükafatının sahibi olub. /"Report" 

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
33
34
news.milli.az

10Mənbələr