AZ

Kuba ABŞ-dən artan hərbi təcavüz təhlükəsi barədə xəbərdarlıq edib

Kuba hesab edir ki, iki ölkə arasında dialoqda irəliləyişin olmaması fonunda ABŞ tərəfindən hərbi təcavüz riski artır.

"Report"un məlumatına görə, bunu Kuba xarici işlər nazirinin müavini Jozefina Vidal Milli Kapitolidə adaya neft tədarükünə qarşı ABŞ sanksiyaları ilə bağlı dinləmələrdə bildirib.

Onun sözlərinə görə, Vaşinqton əlavə təzyiq üçün bəhanə yaratmaq məqsədilə Kubanı milli təhlükəsizliyə təhdid kimi təqdim etməyə çalışır: "Kubaya qarşı hərbi təcavüz riski hər keçən gün artır".

O, həmçinin qeyd edib ki, iki hökumət arasında ünsiyyət açıq qalır, lakin danışıqlarda əhəmiyyətli irəliləyiş yoxdur.

Seçilən
25
50
far.az

10Mənbələr