AZ

Ermənistan ordusunda sovet dövrü bitdi – məşhur rus sözü paradda yığışdırıldı

İrəvanda keçirilən hərbi parad Ermənistan ordusundakı yeni ideoloji dəyişikliklərlə diqqət çəkib.

Musavat.com xəbər verir ki, hərbi analitik David Arutyunov paradın əsasən daxili auditoriyaya hesablandığını və tədbirin Azərbaycanı qıcıqlandırmaq məqsədi daşımadığını bildirib.

Onun sözlərinə görə, parad hakimiyyətin seçki kampaniyası dövrünə təsadüf edib və buna görə də tədbirdə mövcud hakimiyyətin ideologiyası, eləcə də sülh gündəliyi narrativi öz əksini tapıb.

Arutyunov qeyd edib ki, əvvəlki hərbi paradlar tamamilə fərqli siyasi və strateji reallıq şəraitində keçirilirdi. Ekspert bildirib ki, bu müddətdə həm Ermənistanın özü, həm də ordusu dəyişib.

Analitik parad zamanı silahların adları və simvollarda özünəməxsus erməniləşdirmə meylinin diqqət çəkdiyini də vurğulayıb. O bildirib ki, hərbçilər ənənəvi Ura! nidasından imtina edərək onu Yaşasın! ifadəsi ilə əvəz ediblər.

Arutyunov hesab edir ki, bu addım sovet və Rusiya hərbi ənənələrindən uzaqlaşmaq cəhdidir. Onun fikrincə, burada yeni ideoloji model formalaşdırmaq istəyi də görünür – mahiyyətcə millətçi olan, lakin artıq “Artsax” mövzusu olmadan təqdim edilən yeni model.

 

Musavat.com

Seçilən
21
27
musavat.com

10Mənbələr