AZ

67 milyon illik nəhəng satışa çıxarıldı – qiyməti sərvət qədərdir

67 milyon il əvvəl yaşamış “Qas” adlı tirannozavr skeleti iyul ayında hərraca çıxarılacaq.

Musavat.com xəbər verir ki, skelet “Sotheby’s” hərrac evində satışa təqdim olunacaq. Mütəxəssislərin qiymətləndirməsinə görə, eksponatın dəyəri 20–30 milyon dollar (təxminən 34–51 milyon manat) arasındadır.

Uzunluğu 12 metr olan skelet indiyədək tapılmış ən iri və ən tam qorunmuş T-Rex nümunələrindən biri hesab olunur. Onun kəllə sümüyü və sümüklərinin 82 faizi salamat vəziyyətdə qalıb. Skeletdə altı diş də qorunub saxlanılıb.

Alimlər sümüklər üzərində diş izləri və sağalmış sınıqlar aşkar ediblər. Bu isə nəhəng yırtıcının həyatı boyu döyüşlərdə iştirak etdiyini göstərir.

“Qas” adı skeletin ABŞ-nin Cənubi Dakota ştatında tapıldığı rançonun sahibinin şərəfinə verilib. Qalıqlar 2021–2023-cü illərdə aparılan qazıntılar zamanı üzə çıxarılıb. Ranço sahibi isə tapıntının dünya miqyasında məşhurlaşdığını görmədən bir il sonra vəfat edib.

Musavat.com

Seçilən
34
22
musavat.com

10Mənbələr