Rusiyanın əvvəllər xəbərdarlıq etdiyi Kiyevə zərbə hər an endirilə bilər.
Musavat.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bəyan edib.
"Bu, hər an baş verə bilər. Cavabı zəruri hesab etdiyimiz zaman, gənclərimizin həyatına son qoyan terror hücumuna dəfələrlə danışdığımız güclə cavab verəcəyik", – deyə Şoyqu bildirib.
Onun sözlərinə görə, Rusiyanın bunun üçün "hər şeyi var".
Rusiya Təhlükəsizlik Şurasının katibi həmçinin əlavə edib ki, xarici dövlətlərin səfirlərinə Kiyevi tərk etmək barədə edilən xəbərdarlıq "tamamilə ciddi və düşünülmüş" addımdır.
Şoyqu Mosvanın Kiyevə endirilə biləcək mümkün zərbələrin gücünü artıq nümayiş etdirdiyini də vurğulayıb.
Musavat.com