AZ

Şoyqu Ermənistana “uyğun istiqamətli qatarı seçməyi” tövsiyə edib

KTMT-dəki vəziyyət və Avropa inteqrasiyası müzakirələri fonunda Moskva Ermənistana mesaj verib...

Poliqon xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Ermənistanın həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qalması, həm də Avropa inteqrasiyası istiqamətində addımlar atması ilə bağlı suallara münasibət bildirib.

Şoyqu çıxışında şair Qriqori Qubermanə məxsus ifadəyə istinad edərək, eyni zamanda müxtəlif istiqamətlərdə hərəkət etməyin mümkün olmadığını bildirib. Onun sözlərinə görə, hər bir ölkə “özünə və xalqına uyğun olan istiqaməti” seçməlidir.

Rusiya rəsmisi qeyd edib ki, Ermənistan formal olaraq hələ də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olaraq qalır, lakin təşkilatın Təhlükəsizlik Şuraları katibləri komitəsinin son iclası İrəvan nümayəndələrinin iştirakı olmadan keçirilib.

Analitiklərin fikrincə, bu cür açıqlamalar Moskvanın regionda dəyişən geosiyasi loyallıqlara dair narahatlığını əks etdirir və Ermənistanın həm Rusiya təhlükəsizlik blokunda qalması, həm də Qərbə inteqrasiya kursu arasında balans saxlamaq cəhdlərinə dolayı mesaj kimi qiymətləndirilir.

Ermənistanın son dövrlərdə təhlükəsizlik siyasətində çoxşaxəli yanaşma axtarışı, regionda mövcud güc balansının dəyişməsi fonunda daha çox diqqət çəkir.

Poliqon.info

Seçilən
19
16
poliqon.info

10Mənbələr