AZ

Bu ölkələrin XİN-ləri Azərbaycanı təbrik etdi

Estoniya, Latviya, Polşa, Almaniya, Monteneqro, Ukrayna, Misir, Yunanıstan və İordaniyanın xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıb.

Publika.az xəbər verir ki, müvafiq paylaşımlar X sosial şəbəkəsində yerləşdirilib.

"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı bildiririk. Sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", - Estoniya XİN-in məlumatında deyilib.

Latviya XİN milli bayram münasibətilə Azərbaycanı təbrik edərək, ölkəyə firavanlıq və rifah arzulayıb.

"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklər və xoş arzular!", - Polşa XİN yazıb.

Seçilən
1
3
publika.az

8Mənbələr