Estoniya, Latviya və Polşa xarici işlər nazirlikləri (XİN) Müstəqillik Günü münasibətilə Azərbaycana təbriklər ünvanlayıb.
"Far.Az" xəbər verir ki, müvafiq paylaşımlar "X" sosial şəbəkəsində yerləşdirilib.
"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına ən səmimi təbriklərimizi və xoş arzularımızı bildiririk. Sülh, firavanlıq və daha böyük uğurlar arzulayırıq. Müstəqillik Gününüz mübarək!", - Estoniya XİN-in məlumatında deyilir.
Latviya XİN milli bayram münasibətilə Azərbaycanı təbrik edərək, ölkəyə firavanlıq və rifah arzulayıb.
"Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına təbriklər və xoş arzular!", - Polşa XİN yazıb.