AZ

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmuddan

Azərbaycan Respublikasının Prezidenti  Zati-aliləri  cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və nailiyyətlərini əks etdirir.

Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Hasan Şeyx Mahmud

Somali Federativ Respublikasının Prezidenti

Seçilən
18
18
azerbaijan-news.az

10Mənbələr