AZ

Somali Prezidenti Prezident İlham Əliyevi təbrik edib

Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda qeyd olunub:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Ölkənizin Müstəqillik Günü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və dost xalqına ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Bu əlamətdar milli bayram Azərbaycan xalqının dəyanətini və nailiyyətlərini əks etdirir.

Somali Federativ Respublikası Azərbaycan Respublikası ilə dostluq münasibətlərini yüksək qiymətləndirir və xalqlarımızın qarşılıqlı faydası naminə ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi səbirsizliklə gözləyir.

Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı və Azərbaycan xalqına davamlı sülh, sabitlik və rifah arzularımı qəbul etməyinizi xahiş edirəm".

Seçilən
39
18
day.az

10Mənbələr