Futbol üzrə İspaniya La Liqasında mübarizə aparan “Elçe” komandasının baş məşqçisi, ispan mütəxəssis Eder Sarabiya istefaya göndərilib.
Arena.az xəbər verir ki, bu haqda İspaniya klubunun mətbuat xidməti məlumat yayıb.
45 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Onun müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.
Eder Sarabiya 2024-cü ilin iyun ayından “Elçe”ni çalışdırırdı. Komanda onun rəhbərliyi altında La Liqanın başa çatmış mövsümündə 43 xalla 15-ci pillədə tamamlayıb.
Sözügedən komanda bu mütəxəssisin rəhbərliyi altında keçirdiyi 88 oyunda 38 qələbə qazanıb, 24 heç-heçə edib, 26 məğlubiyyətə üzülüb.
Sarabiya daha öncə “Andorra”da və “Vilyarreal”ın C komandasında da baş məşqçi olub, eləcə də “Barselona”, “Betis” və “Las Palmas”da köməkçi kimi çalışıb.
