AZ

Rusiya Ukraynanı od çənbərinə aldı: Xəncər raketi və 147 dronla dəhşətli hücum!

Turkstan.az saytından alınan məlumata görə, ain.az bildirir.

Mayın 28-nə keçən gecə Rusiya ordusu Ukrayna ərazilərinə qarşı "Xəncər" (Kinjal) aeroballistik raketi və 147 müxtəlif tipli pilotsuz uçuş aparatından istifadə etməklə kütləvi kombinə edilmiş zərbələr endirib.

Turkustan.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri rəsmi məlumat yayıb. Verilən məlumata görə, Ukrayna Hava Hücumundan Müdafiə qüvvələri düşmənə məxsus 138 pilotsuz uçuş aparatını vurmağı və ya elektron mübarizə vasitələri ilə zərərsizləşdirməyi bacarsa da, ölkənin bir neçə regionunda raket və dronların hədəfə dəyməsi qeydə alınıb.

Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın səhər saatlarında verdiyi bəyanata görə, bölgəyə dronlar və artilleriya ilə 20-dən çox zərbə endirilib və hadisə nəticəsində 3 dinc sakin ağır xəsarət alıb. Vilayətin Pavlovsk rayonunda beşmərtəbəli yaşayış binası, fərdi ev və lisey korpusu ciddi ziyan görüb, cəbhəboyu Nikopol rayonunda isə bir yaşayış evi və yanacaqdoldurma məntəqəsi dağılıb.Eyni zamanda, Ukraynanın cənubunda, Odessa vilayətində də Rusiya PUA-larının fərdi yaşayış evinə və mühüm infrastruktur obyektinə zərbə endirdiyi rəsmən təsdiqlənib. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
3
icma.az

10Mənbələr