AZ

“Neftçi” milli üzvünü heyətinə qatdı

“Neftçi” yeni mövsüm üçün ilk transferini həyata keçirib.

"Yeni Sabah" xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.

Paytaxt təmsilçisi “Şamaxı”dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb.  pizza hut

21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub. 


Telegram kanalımız
Seçilən
27
12
yenisabah.az

10Mənbələr