AZ

"Neftçi" milli üzvünü heyətinə qatdı 

“Neftçi” yeni mövsüm üçün ilk transferini həyata keçirib.

Məlumatı klubun mətbuat xidməti yayıb.

Paytaxt təmsilçisi “Şamaxı”dan ayrılan Rüfət Abbasovu heyətinə qatıb. 

21 yaşlı müdafiəçi ilə 3 illik müqavilə imzalanıb. O, komandada 3 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan, 2015-ci ildə klubun akademiyasına qoşulan Abbasov əsas komandaya 2021/22 mövsümündə cəlb edilib və 2 rəsmi oyun keçirib. Son iki mövsümdə “Şamaxı” klubunun formasını geyinmiş Rüfət U-21 milli komandasında 17 matçda meydana çıxıb və əsas milli komandaya da dəvət olunub. (fanat.az)

Seçilən
37
12
musavat.com

10Mənbələr