AZ

İsrail yenə Livanı VURDU

İsrail Livana növbəti raket zərbələri endirib.  

“Cebheinfo.az” “Hurriyet Daily” - ə istinadən xəbər verir ki, İsrail qırıcıları mayın 25-də Livanın şərqində Bekaa vadisindəki Məşqərə kəndində Hizbullahın mövqelərinə raket zərbələri endirib.  Livan dövlət mediasının məlumatına görə, hücum nəticəsində 12 nəfər həlak olub. 

Qeyd edək ki, son zamanlar İsrail Hərbi Hava Qüvvələrinin Livanda Hizbullaha qarşı hücumları daha da intensivləşib. Eyni zamanda İsrail Müdafiə Nazirliyi Netanyahu hökumətinə Livanda genişmiqyaslı quru əməliyyatlarının keçirilməsinə çağırıb. 

Hücumların intensivləşdiyi bir zamanda Vaşinqtonda Livan və İsrail hərbi nümayəndə heyətləri arasında danışıqlar keçirilir. 

Seçilən
22
1
cebheinfo.az

2Mənbələr