AZ

İsrail yenə Livanı VURDU

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

İsrail Livana növbəti raket zərbələri endirib.  

“Cebheinfo.az” “Hurriyet Daily” - ə istinadən xəbər verir ki, İsrail qırıcıları mayın 25-də Livanın şərqində Bekaa vadisindəki Məşqərə kəndində Hizbullahın mövqelərinə raket zərbələri endirib.  Livan dövlət mediasının məlumatına görə, hücum nəticəsində 12 nəfər həlak olub. 

Qeyd edək ki, son zamanlar İsrail Hərbi Hava Qüvvələrinin Livanda Hizbullaha qarşı hücumları daha da intensivləşib. Eyni zamanda İsrail Müdafiə Nazirliyi Netanyahu hökumətinə Livanda genişmiqyaslı quru əməliyyatlarının keçirilməsinə çağırıb. 

Hizbullah da öz növbəsində Livanın cənubundakı İsrail ordusunun mövqelərinə və İsrailin şimal ərazilərinə raket zərbələri endirir. 

Silahlı qruplaşmanın rəhbərliyi İsrail qoşunlarının Livandan geri çəkilənə qədər mübarizəni davam etdirəcəyini bəyan edib. 

Hücumların intensivləşdiyi bir zamanda Vaşinqtonda Livan və İsrail hərbi nümayəndə heyətləri arasında danışıqlar keçirilir. 

Yunis Abdullayev 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
60
1
cebheinfo.az

2Mənbələr