AZ

SOCAR-ın "Azəriqaz” İstehsalat Birliyi gücləndirilmiş iş rejimində çalışacaq

"Azəriqaz" İB Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.
 
Bu barədə qurumdan məlumat verilib.
 
Birliyin Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27.05.2026 - 31.05.2026-cı il tarixlərində saat 10:00-dan 17:00-dək Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt RQİİ-lərin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.
 
Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.
 
30.05.2026-cı il tarixində "ASAN Kommunal", 30-31.05.2026-cı il tarixlərində "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək.
 
Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər.
Seçilən
0
16
moderator.az

10Mənbələr