AZ

Azəriqaz dan abonentlərə mühüm AÇIQLAMA

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi qarşıdan gələn Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində gücləndirilmiş iş rejimində çalışacaq.Bizim.Media bu barədə quruma istinadən xəbər verir.Məlumata görə, "Azəriqaz"ın Müştəri əməliyyatları şöbəsinin əməkdaşları 27-31 mayda saat 10:00-dan 17:00-a qədər Bakı (yeni ünvan: Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Əliağa Şıxlinski küçəsi, giriş 55) və Sumqayıt Regional Qaz İstismar İdarələrinin inzibati binalarında, eləcə də Xəzər, Qaradağ və Abşeron xidmət sahələrində abonentlərə xidmət göstərəcəklər.Həmçinin Bakı RQİİ-nin bütün xidmət sahələrində, eynilə bölgələrdə də növbəlilik tətbiq etməklə Birliyin müvafiq sayda əməkdaşları iş başında olacaqlar.30 mayda "ASAN Kommunal", 30-31 mayda isə "ASAN xidmət" mərkəzləri vətəndaşlara xidmət göstərəcək."Abonentlərin nəzərinə çatdırırıq ki, qaz təchizatında yarana biləcək istənilən çətinliklərlə bağlı dərhal 7/24 fəaliyyət göstərən 104/185 Çağrı Mərkəzinə məlumat versinlər", - deyə İstehsalat Birliyi bəyan edib.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
18
14
bizim.media

10Mənbələr