AZ

AB yeni üzvləri bu hüquqlardan məhrum edəcək Səbəb

Axar.az saytına istinadən ain.az xəbər verir.

Avropa Birliyində bloka yeni qoşulan ölkələrin üzvlükdən sonra müəyyən müddət ərzində veto hüququndan məhrum edilməsi imkanları müzakirə olunur. Bu ideya, xüsusilə Ukraynaya yardım məsələsində mühüm qərarları dəfələrlə bloklayan Viktor Orbanın rəhbərlik etdiyi dövrdə Macarıstanla yaşanan münaqişələr fonunda ortaya çıxıb.

Axar.az xəbər verir ki, bu barədə “Quardian” nəşri yazıb.

Nəşr qeyd edir ki, Avropa Komissiyası və üzv dövlətlər yeni iştirakçıların ilk illərdə xarici siyasət, sanksiyalar və ya vergi məsələləri üzrə qərarları avtomatik şəkildə bloklamaq hüququna malik olmaması üçün mexanizmi nəzərdən keçirirlər:

“Söhbət sanksiya siyasəti, büdcə məsələləri və ya əsas xarici siyasət təşəbbüsləri kimi qərarlara təsirin məhdudlaşdırılmasından gedir. Bu ideya, xüsusilə Ukraynaya dəstək məsələsində birgə qərarları dəfələrlə bloklayan Macarıstanla bağlı AB-nin yaşadığı təcrübə fonunda yaranıb.

Brüsseldəki diplomatlar bu mexanizmi AB-nin genişlənməsi üçün “yaradıcı yanaşma” adlandırırlar. Məqsəd yeni ölkələrin mümkün üzvlüyündən birliyin fəaliyyətinin iflic olmasının qarşısını almaqdır. Bununla yanaşı, Avropa rəsmiləri etiraf edirlər ki, bu model hüquqi baxımdan mürəkkəbdir və üzvlərin bərabərliyi ilə bağlı müzakirələrə səbəb ola bilər.

Ayrıca, belə keçid qaydalarının üzvlük danışıqlarının son mərhələsində olan Monteneqro kimi ilk yeni üzvlərə tətbiqi ehtimalı da nəzərdən keçirilir.

Almaniyada və AB-nin digər ölkələrində qərarların qəbul olunması prosedurlarının islahatı ideyasına dəstək artır. Əsas arqument isə budur ki, 30-dan çox üzvü olan Avropa Birliyi hazırkı yekdillik modeli ilə effektiv fəaliyyət göstərə bilməyəcək”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
47
1
axar.az

2Mənbələr