AZ

Türkiyədə siyasi savaş pik həddə – Kılıçdaroğlu Özgür Özələ qarşı rəsmi hücuma keçdi

Türkiyədə CHP daxilində siyasi qarşıdurma daha da sərtləşib.

Musavat.com xəbər verir ki, CHP-nin yeni sədri Kamal Kılıçdaroğlu TBMM Başqanlığına rəsmi müraciət edərək Özgür Özəlin qrup başqanlığı vəzifəsinin etibarsız sayılmasını tələb edib.

Türkiyə mediasının yaydığı məlumata görə, Kılıçdaroğlu parlament rəhbərliyinə təqdim etdiyi ərizədə Özgür Özəlin CHP-nin TBMM-dəki qrup rəhbəri seçilməsinin hüquqi baxımdan qüvvədən düşdüyünü iddia edib.

Məlumatda bildirilir ki, müraciət yaxın günlərdə parlamentin hüquqi strukturları tərəfindən araşdırılacaq.

Qeyd edək ki, son həftələr CHP daxilində ciddi siyasi böhran yaşanır. Məhkəmənin partiya qurultayı ilə bağlı qərarından sonra Kamal Kılıçdaroğlunun yenidən partiya rəhbərliyinə qayıtması müxalif düşərgədə gərginliyi artırıb. Bunun fonunda Özgür Özəl tərəfdarları ilə Kılıçdaroğluya yaxın qruplar arasında qarşıdurma daha açıq mərhələyə keçib.

Musavat.com

Seçilən
1
48
musavat.com

10Mənbələr