AZ

Kılıçdaroğlu siyahısından bir adı sildi: Onu bağışlamayacağam!

Ankara Regional Apelyasiya Məhkəməsinin 36-cı Mülki İşlər Palatasının 21 may axşamı UYAP sisteminə yüklənən qərarı ilə 4–5 noyabr 2023-cü il tarixlərində keçirilən CHP-nin 38-ci Adi Qurultayı etibarsız elan edilib.

Turkustan.az xəbər verir ki, qərara əsasən Özgür Özəl və partiya rəhbərliyinin səlahiyyətlərinin dayandırıldığı, Kamal Kılıçdaroğlunun isə CHP sədri vəzifəsinə bərpa edildiyi bildirilir.

Qərarın elanından sonra Özgür Özəlin qərarı qəbul etmədiyi və CHP qərargahında proseslərə müqavimət göstərdiyi iddia olunub. Ardınca Ankara Valiliyinə edilən müraciətdən sonra polis qüvvələrinin qərargaha müdaxilə etdiyi, gözyaşardıcı qaz və rezin güllələrdən istifadə olunduğu barədə məlumatlar yayılıb.

Hadisələr nəticəsində partiya binasında zərər yarandığı, Özgür Özəlin daha sonra tərəfdarları ilə birlikdə Türkiyə Böyük Millət Məclisinə doğru hərəkət etdiyi, daha sonra isə Kılıçdaroğlu tərəfdarlarının binaya daxil olduğu iddia edilir.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
16
48
turkustan.az

10Mənbələr