AZ

"Neftçi" üç legioneriylə vidalaşdı - Abubakar da getdi

“Neftçi” futbolçuları Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi oyunçularla başa çatan müqaviləni yeniləməyib. "Neftçi" hər üç oyunçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.

2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub. O, premyer-liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandı.

2024-cü ilin yayında transfer olunmuş Kuç "Neftçi" ilə 44 rəsmi oyuna çıxıb, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyib.

Seçilən
14
15
football-plus.az

10Mənbələr