“Neftçi” Vensan Abubakar, Edvin Kuç və Kristian Kostin ilə yollarını ayırıb.
Sportinfo.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi oyunçularla başa çatan müqaviləni yeniləməyib. "Neftçi" hər üç oyunçuya təşəkkür edib, gələcək karyeralarında uğurlar arzulayıb.
2025-ci ilin oktyabrında transfer olunmuş Abubakar “ağ-qaralar”ın heyətində 18 rəsmi matç keçirib, 9 qol vurub.
O, Premyer Liqada meydana çıxdığı 16 oyunda 7 qola imza atmaqla, ortalama qol sayına görə 2025/26 mövsümünün ən yaxşılarındandır.
2024-cü ilin yayında transfer olunmuş Kuç "Neftçi" ilə 44 rəsmi oyuna çıxıb, 1 qol vurub. Kostin isə 2025-ci ilin yayından bu yana 7 rəsmi matçda forma geyinib.