AZ

Bakı metrosunda qatarların hərəkətində yubanmalar müşahidə olunur

Ajans.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb. Qeyd edilib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb. Metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb.

"Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur", - məlumatda vurğulanıb.

Seçilən
45
11
Ajans.az

10Mənbələr