AZ

Bakı metrosunda qatarların intervalında yubanmalar var RƏSMİ

Bizim media portalından verilən məlumata əsasən, ain.az bildirir.

Hazırda enerji təchizatında yaranmış gərginlik düşməsi səbəbindən "Bakı Metropoliteni" QSC-nin qatarlarının hərəkət intervalında 1-2 dəqiqəlik yubanmalar müşahidə olunur.Bu barədə Bizim.Media-ya səhmdar cəmiyyətindən bildirilib.

 

Qeyd edilib ki, Bakıda müşahidə olunan qeyri-sabit hava şəraiti və bəzi ərazilərə yağan güclü dolu nəticəsində Bakı metropolitenində sərnişin axınında artım qeydə alınıb.

Metropolitenin bütün aidiyyəti xidmətləri gücləndirilmiş rejimdə fəaliyyət göstərir, alternativ enerji mənbəyi kimi dizel generatorlar hazır vəziyyətdə saxlanılıb."Sərnişinlərdən anlayış göstərmələri və stansiyalarda təhlükəsizlik qaydalarına əməl etmələri xahiş olunur", - məlumatda vurğulanıb.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
26
11
bizim.media

10Mənbələr