AZ

Belçikada qatar məktəb avtobusuna çırpılıb, 4 nəfər ölüb - YENİLƏNİB

Belçikanın Flamand regionunda yerləşən Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobusun qatarla toqquşması nəticəsində 4 nəfər ölüb.

APA-nın xəbərinə görə, Baş nazirin müavini Maksim Prevot X-də yazıb ki, qəza zamanı ikisi uşaq olmaqla, 4 nəfər ölüb.

***

13:59

Belçikada qatar məktəb avtobusuna çırpılıb, ölənlər var.

VRT News-un xəbərinə görə, Belçikanın Flamand regionunda yerləşən Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin öldüyü bildirilir, ölənlərin dəqiq sayı məlum deyil.

Polis mikroavtobusda 9 nəfərin olduğunu təsdiqləyib.

“Infrabel” dəmir yolu şirkətinin nümayəndəsinin sözlərinə görə, qəza zamanı keçid bağlanıb.

Seçilən
0
6
apa.az

8Mənbələr