AZ

Belçikada qatar məktəb avtobusuna çırpılıb, ölənlər var

Apa.az saytına istinadən ain.az xəbər verir.

Belçikada qatar məktəb avtobusuna çırpılıb, ölənlər var.

VRT News-un xəbərinə görə, Belçikanın Flamand regionunda yerləşən Byuqqenhaut şəhərində məktəbliləri daşıyan mikroavtobus qatarla toqquşub.

Qəza nəticəsində bir neçə nəfərin öldüyü bildirilir, ölənlərin dəqiq sayı məlum deyil.

Polis mikroavtobusda 9 nəfərin olduğunu təsdiqləyib.

“Infrabel” dəmir yolu şirkətinin nümayəndəsinin sözlərinə görə, qəza zamanı keçid bağlanıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
0
6
apa.az

8Mənbələr