AZ

Elnur Abdullayev “Şahdağ Qusar”dan göndərildi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Birinci Liqasında mübarizə aparan “Şahdağ Qusar” komandasının baş məşqçisi Elnur Abdullayev istefaya göndərilib.

Arena.az bu barədə Qusar təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, həm Abdullayevlə, həm də onun köməkçiləri Babək Allahverdiyev və Əlimirzə Daşzərini ilə yollar ayrılıb. Məşqçilərlə müqavilənin müddəti uzadılmayıb. Onlarla sözləşmələrin müddəti bu mövsümün sonuna qədər idi. Komandaya bundan sonra kimin rəhbərlik edəcəyi hələ dəqiqləşməyib.

Xatırladaq ki, “Şahdağ Qusar” Birinci Liqanın 2025/2026-cı illər mövsümünü 43 xalla 5-ci pillədə başa vurub. Komanda 27 oyunda 12 qələbə qazanıb, 7 heç-heçə edib 8 məğlubiyyətə üzülüb.

Elnur Abdullayev 2024-cü ilin yayından “Şahdağ Qusar”da məşqçi kimi fəaliyyət göstərirdi. Bu, 40 yaşlı mütəxəssisin məşqçi kimi ilk sınağı idi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
7
9
arena.az

10Mənbələr