AZ

Andrey Demçenko “Araz-Naxçıvan”dan getdi – Rəsmi – ARENA.AZ

Futbol üzrə Azərbaycan Premyer Liqasında uğursuz mövsüm keçirmiş “Araz-Naxçıvan” baş məşqçisi Andrey Demçenko ilə yollarını ayırıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.

Ukraynalı mütəxəssisin müqaviləsinin müddəti başa çatıb. Tərəflər yeni müqavilə bağlamağa ehtiyac duymayıblar.

Xatırladaq ki, Andrey Demçenko 2026-cı ilin yanvar ayında bu vəzifəyə təyin olunmuşdu. Komanda onun rəhbərliyi altında 17 rəsmi oyun keçirib. Bu matçlardan 6-da qələbə qazanıb, 2-də heç-heçə edib, 9 məğlubiyyətə üzülüb.

“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünü 33 oyuna topladığı 46 xalla 6-cı pillədə başa vurub.

Məşqçilik fəaliyyətinə 2011-ci ildə başlamış Andrey Demçenko vətənində “İmeks”, “Metallurq” (Zaporoje), “Veres”, “Lvov”, “Metallist 1925”, “Bukovina” klublarında baş məşqçi kimi çalışıb. O, müxtəlif illərdə Özbəkistanın “Obod”, həmçinin Gürcüstanın “Dila” və “Dinamo” (Batumi) komandalarına da rəhbərlik edib. 50 yaşlı mütəxəssis Bakıya gələnə qədər Qazaxıstan “Jenis”inin baş məşqçisi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin:
Seçilən
12
6
arena.az

10Mənbələr