Erkən evlilik üzrə göstəricilər 50%-ə yaxın AZALIB
Ajans.az xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. "Bu nəticə yalnız hüquqi tədbirlərin deyil, həm də təhsil sisteminin, yerli icra mexanizmlərinin, ailə institutunun güclənməsinin və ictimai davranış dəyişiminin ümumi sinerjisinin nəticəsidir", - deyə komitə sədri bildirib.